Duşan Vlahoviç azad agent statusu ilə "Yuventus"u tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.
Serbiyalı hücumçunun Turin klubu ilə müqaviləsi bu ilin iyunun 30-da başa çatır. Uzun sürən danışıqlara baxmayaraq, tərəflər əməkdaşlığın uzadılması barədə razılığa gələ bilməyiblər.
Futbolçunun nümayəndələri ilə "Yuventus" rəhbərliyi arasında həlledici görüş iyunun 3-ü səhər saatlarında baş tutub. Lakin yeni müqavilənin maliyyə şərtləri ilə bağlı həll yolu tapmaq mümkün olmayıb. Bundan sonra tərəflər danışıqları dayandırmaq qərarına gəliblər.
Vlahoviç illik 8 milyon avro maaş, həmçinin yeni sözləşmə imzalayacağı təqdirdə böyük məbləğdə bonus tələb edib. "Yuventus" isə öz növbəsində 6 milyon avro sabit maaş və əlavə 1 milyon avro bonus təklif etməyə hazır olub.
Qeyd edək ki, Duşan Vlahoviç "Yuventus"a 2022-ci ilin yanvarında qoşulub. 26 yaşlı forvard bu müddət ərzində bütün turnirlərdə 168 oyuna çıxıb və 68 qol vurub.

_1780509854.jpg)





_1780500978.jpg)


_1780496762.jpg)


