Əfsanəvi xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyanın "Milan" klubunun futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə 1 illik, daha bir il uzadılmaq imkanı ilə müqavilə imzalanıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

"Milan"da Modriç 14-cü oyun nömrəsi altında oynayacaq.

Qeyd edək ki, transfer azad agent hüququ ilə baş tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest