"Ağ-qaralar"ın yetirməsi olan İsmayıl Zülfüqarlı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Neftçi" klubu futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar"ın yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı "Neftçi"də 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest