Lissabonun "Benfika" klubunun müdafiəçisi Alvaro Karreras "Real"a keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, transfer tam rəsmiləşib. Bu gün Madrid klubu transferlə bağlı rəsmi açıqlama verəcək.

Qeyd edək ki, ötən mövsüm Karreras bütün turnirlərdə 52 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermark" portalında futbolçunun dəyəri 35 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest