"Arsenal" azarkeşləri "Çelsi"nin futbolçusu Noni Maduekenin potensial transferindən qəzəblənib və bu transferə qarşı petisiya hazırlayıblar.
Matc.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.
Bildirilir ki, həmin vaxt petisiya artıq 4 min nəfər tərəfindən imzalanıb. Həmçinin "Emirates" stadionunun yaxınlığında "#ArtetaOut" yazısı olan qraffitilər peyda olub.
Xatırladaq ki, daha əvvəl "Çelsi" və "Arsenal"ın Maduekenin transferi ilə bağlı razılığa gəldiyi bildirilirdi. Ümumi məbləğ 58 milyon avro olacaq və yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanacaq.
2024/25 mövsümündə Madueke bütün turnirlərdə "Çelsi"nin 42 matçında iştirak edib, 11 qol və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunu 40 milyon avro qiymətləndirir. Yarımmüdafiəçi 2023-cü ildə 29 milyon funt-sterlinqə PSV-dən "Çelsi"yə keçib.