13 İyul 2025, 11:46
FUTBOL
Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda "Zirə"nin rəqibi olan Xorvatiyanın "Hayduk" klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Matc.az xəbər verir ki, Split təmsilçisi Bosniya və Herseqovinanın "Posuşe" klubuna 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Zirə" "Hayduk" ilə iyulun 23-ü və 31-də qarşılaşacaq.