"Çelsi"nin kapitanı Ris Ceyms ABŞ prezidenti Donald Trampın klublararası dünya çempionatının mükafatlandırma mərasimində iştirakından danışıb.
Matc.az xəbər verir ki, Ceyms Trampın komandanın yanında olmasına təəccübləndiyini deyib.
İngilis futbolçunun sözlərini jurnalist Ben Jacobs sitat gətirir.
"Onun bizimlə birlikdə kuboku qaldıracağını gözləmirdim, amma güman edirəm ki, bu, bu turnirin nə qədər böyük olduğunu göstərir. O, məni və komandanı təbrik etdi və bu andan həzz almağımızı söylədi".
Qeyd edək ki, Tramp dünya çempionatının londonluların 3:0 hesablı qələbəsi ilə başa çatan "Çelsi" və PSJ arasında keçirilən final oyununda iştirak edib.
Oyundan sonra ABŞ prezidenti futbolçulara fərdi mükafatlar təqdim edib, həmçinin kubokun qaldırılması zamanı komandanın yanında dayanıb.