13 İyul 2025, 11:24
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun braziliyalı hücumçusu Roberto Firmino Qətərin "Əl-Sədd" komandasına keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
"Əl-Əhli" və "Əl-Sədd" artıq transferlə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Firmino 2023-cü ildə "Liverpul"dan azad agent kimi "Əl-Əhli"yə keçib. Braziliyalı hücumçu komandasının ilk dəfə Asiya Çempionlar Liqasının qalibi olmasına kömək edib.