14 İyul 2025, 10:42
FUTBOL
"Qırmızı-ağlar" Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi "Konyaspor"la üz-üzə gələcək.
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan"ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Matc.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat paylaşıb.
Komanda bu gün daha bir oyun keçirəcək. "Qırmızı-ağlar" Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi "Konyaspor"la üz-üzə gələcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də "Trabzonspor"la keçirəcəyi oyunla yekunlaşdıracaq.