14 İyul 2025, 11:31
FUTBOL
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri məlum olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Tovuz klubu iyulun 19-da Türkiyə I Liqa təmsilçisi "Çorum" FK ilə qarşılaşacaq.