"Azərbaycan millisi servisdə və blokda yaxşı oynadı". Matc.az xəbər verir ki, bu sözlər qadın voleybolçulardan ibarət İspaniya yığmasının üzvü Qonzales Eliaya məxsusdu.

Qızıl Avropa Liqasının II turunda Bakıda millimizin qonağı olan ispanlar asanlıqla qalib gəlib.

Qarşılaşmadan sonra fikirlərini bölüşən  Elianın fikrincə, yığmamız təcrübəsizliyin qurbanı olub: "Oyunçularının təcrübəsizliyi Azərbaycanın qələbəsinə mane oldu. Rəqibin çox güclü baş məşqçisi var. İnanıram ki, bu komanda növbəti görüşlərdə daha yaxşı oynayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest