"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm". Matc.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yana Əzimova deyib.

Qızıl Avropa Liqasının II turunda İspaniyanı qəbul edən komandamız 0:3 hesablı məğlubiyyətə düçar olub.

Əzimova rəqibin asan qələbə qazandığını söyləyib: "İlk oyunla müqayisədə bu dəfə komanda oyunu göstərə bilmədik və daha çox səhvlər etdik ki, bu da rəqibin asan qələbə qazanmasına səbəb oldu. Məşqçimizin rəhbərliyi altında daha çox çalışıb, etdiyimiz səhvləri növbəti oyunlarda təkrarlamamağa səy göstərəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest