"İlk oyunumuz Azərbaycanda keçiriləcək, rəqibimiz Rumıniya millisi olacaq. Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstanla bir neçə yoldaşlıq görüşü keçirmişdik". Matc.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

Gənc çalışdırıcı sabah start götürəcək Gümüş Avropa Liqası haqda danışıb. O, kapitan Aleksey Çervyakovun Rumıniya ilə ilk görüşü buraxacağını söyləyib: "Yoldaşlıq görüşlərində bütün oyunçularımıza özlərini göstərmək üçün şans vermişdik. Bəziləri son 10-15 gündə yığmanın düşərgəsinə gəliblər. Rumıniya ilə matçı ikinci oyunqurucu Tural Həsənli ilə keçirəcəyik. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti görüşlərdə komandamıza kömək edə biləcək".

Cəlalov sabahkı qarşılaşmaya proqnoz verməkdən çəkinib: "Oyun haqda öncədən danışmaq istəməzdim. Yalnız onu deyə bilərəm ki, Avropa Liqası zamanı çalışacağıq bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest