28 Mart 2023, 10:00
FUTBOL
Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Zirə”nin legionerləri Toni Qomeslə İssa Cibrilla Afrika Millətlər Kubokunda məğlubiyyətə üzülüblər. Matc.az xəbər verir ki, Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya 0:1 hesabıyla uduzub.
İssanın komandası - Niger millisi də Əlcəzairə doğma meydanda eyni hesabla məğlub olub.
Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
A qrupunda yer alan Qvineya-Bisau 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb. Niger yığması isə F qrupunda 2 xalla 3-cüdür.
TURAN