Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında III mərhələyə yekun vurulub. Matç.az saytı xəbər verir ki, bu gün keçirilən III tur artıq yarımfinala vəsiqə qazanan komandaların qrup qalibi adı uğrunda mübarizəsi ilə əlamətdar olub.

4 set davam edən görüşlərdə çin Hollandiyanı, Serbiya İtaliyanı məğlub edərək 1-ci yeri tutub. Qrup oyunlarının başa çatmasından sonra yarımfinal cütləri də dəqiqləşib.

Oktyabrın 19-da keçiriləcək duellərdə Serbiya Hollandiya, çin İtaliya ilə qarşılaşacaq. Qrup sonuncuları ABŞ və Yaponiya isə 5-ci yer uğrunda mübarizə aparacaq.

III mərhələ

III tur

16 oktyabr

G qrupu

İtaliya – Serbiya – 1:3 (21:25, 19:25, 25:23, 23:25)

Turnir cədvəli: Serbiya – 6, İtaliya – 2, Yaponiya – 1.

H qrupu

Hollandiya – çin – 1:3 (25:23, 13:25, 18:25, 17:25)

Turnir cədvəli: çin – 5, Hollandiya – 2, ABŞ – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest