Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən dünya çempionatını 15-ci pillədə başa vurub. Matç.az saytı xəbər verir ki, II mərhələdə F qrupunun sonuncusu olan Faiq Qarayevin yetirmələri yekun sıralamada digər qrupun 8-cisi Meksikanı qabaqlayıb.

Bu nəticə yığmamızın mundialın final mərhələlərindəki antirekordunun təkrarıdı. 4-cü dəfə yarışa qatılan millimiz bir dəfə 9-cu, bir dəfə 13-cü olubsa, ardıcıl ikinci çempionatda 15-i yerlə kifayətlənir.

Lakin yığmanın nəticələri əvvəlki mundiallardan daha pisdi. Cəmi 2 qələbəsi olan milli son iki çempionatdakından ikiqat pis çıxış edib. İlk cəhddə daha az qələbə qazansaq da, həmin vaxt üç oyun keçirilib.

Məğlubiyyət sayı və setlərin fərqində də antirekord qeydə alınıb. Heç vaxt 7 oyunda və 32 setdə uduzmayan voleybolçularımız bu dəfə azarkeşlərinə üzüntü yaşadıb.

il

yer

oyun

qələbə

məğlubiyyət

setlər

yer

1994

Braziliya

3

1

2

4-6

9-cu yer

2006

Yaponiya

9

4

5

14-18

13-cü yer

2014

İtaliya

9

4

5

14-19

15-ci yer

2018

Yaponiya

9

2

7

8-22

15-ci yer

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest