"Dünya çempionatını başa vurduq. Təbii ki, nəticəmizdən razı deyilik". Matç.az saytı xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

O, Dç-2018-in II mərhələsinin son turunun Bolqarıstanla görüşündən (0:3) sonra fikirlərini açıqlayıb: "Daha çox oyunda qələbə qazana bilərdik. Qarşıda bizim çox oyunlarımız olacaq. Onlara daha yaxşı hazırlaşmağa çalışacağıq".

Millimizin kapitanı Odina Əliyeva bəzi oyunçuların təcrübəsizliyini önə çəkib: "Bizim üçün dünya çempionatı başa çatdı. Gözlədiyimiz nəticəni qazana bilmədik. ümid edirəm ki, gələcəkdə daha yaxşı oynayacağıq. çox güclü hücumçulara malik komandamız var. Amma heyətimizdə gənc, təcrübəsiz voleybolçular da yer alıb. Onlar güclü yarışlarda oynamayıb. Bu üzdən ikinci mərhələdə çətinliklərimiz yarandı. Hesab edirəm ki, onlar bu mundialdan təcrübə qazandı".

Bolqarıstan millisinin kapitanı Xristina Ruseva qələbələrinə şərh verib: "Dünya çempionatını qələbə ilə başa vurduğumuz üçün çox şadam. Bir gün öncə Tailandla ağır mübarizəmiz olmuşdu. Asiyalılar bizi çox yordu. Buna baxmayaraq bugünkü görüşə köklənə bildik və qalib gəldik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest