Qadın voleybolçular arasında dünya çempionatının Bolqarıstan – Azərbaycan matçının ən yaxşıları açıqlanıb. Matç.az saytı xəbər verir ki, millimizin 0:3 (19:25, 20:25, 20:25) hesabı ilə uduzduğu qarşılaşmanın ən məhsuldar oyunçusu Polina Rəhimova olub.

Hücumçu yığmamızın mundialdakı son görüşündə 16 xal toplayıb. Odina Əliyeva ilə Olena Həsənova 7, Natalya Məmmədova 6, Yelizaveta Səmədova 5, Kristina Yaqubova 3, Anastasiya Qurbanova və Aynur İmanova 2 xal yığıb. Millimizin digər 11 xalı rəqib səhvləri ilə əldə olunub.

Hücumda Polina 13, Odina 6, Yelizaveta 5, Natalya 4, Olena 3, Kristina, Anastasiya və Aynur hərəyə 1 dəfə dəqiq olub. Blokda Olena 4, Natalya 2, Odina, Anastasiya və Aynur hərəyə 1 dəfə xal gətirib. Servisdə isə Polina 3, Kristina 2 dəfə qarşısıalınmaz olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest