UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Torpedo" oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" – "Torpedo" (Gürcüstan) oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Matc.az xəbər verir ki, komandaların media proqramı iyulun 7-də reallaşacaq.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı saat 15:30-da "Wyndham Garden Baku" otelində təşkil olunacaq. Qəsəbə təmsilçisinin media üçün açıq məşqi isə saat 18:30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında start götürəcək.

Rəqib "Torpedo" klubunun media proqramı Sumqayıt şəhər stadionunda baş tutacaq. Gürcüstan kollektivinin baş məşqçisi Dirk Şusterin mətbuat konfransı saat 17:30-da, komandanın açıq məşqi isə saat 18:00-da başlayacaq.

Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest