Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə yekun vurub. Komandamız bu gün qrupda son oyununu keçirib.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə yekun vurub. Matç.az saytının məlumatına görə, komandamız bu gün qrupda son oyununu keçirib.

Stokholmda İsveçin qonağı olan yığmamız qrup ikincisi kimi final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalı idi. Lakin rəqibinə quru hesabla yenilən komandamız 8 xalla qrupda ikinci yeri tutsa da, final mərhələsi arzusu puç olub.

Avropa çempionatının seçmə mərhələsi

VI (sonuncu) tur

İsveç - Azərbaycan - 3:0 (25:11, 25:19, 25:16)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest