08 May 2021, 19:52
TOP OYUNLARI
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, ikinci oyun günündə komandamızın rəqibi meydan sahibi Gürcüstan millisi olub. İlk turda Monteneqroya 1:3 hesabı ilə uduzan yığmamız bu dəfə qələbə qazanmağı bacarıb.
2021-ci il Avropa çempionatı
Seçmə mərhələ
F qrupu, II tur
Azərbaycan – Gürcüstan - 3:0 (25:20; 25:22; 25:15)
Tbilisi, Yeni Voleybol Arenası. Hakimlər: Vladimir Simonoviç (Xorvatiya), Boqdan Stoyka (Rumıniya)
Monteneqro - Yunanıstan - 2:3 (25:17; 20;25; 19:25; 25:23; 14:16)