"Azərbaycan millisinin heyətində bütün voleybolçular yaxşı oynayırdı". Matç.az saytı xəbər verir ki, bu sözləri qadınlardan ibarət çin millisinin voleybolçusu Xianqyu Qonq deyib.

21 yaşlı oyunçu Yaponiyada keçirilən dünya çempionatının Azərbaycanla görüşü barədə fikirlərini açıqlayıb: "Biz isə oyunun əvvəlində ritmə düşə bilmirdik. Lakin oyunun gedişində irəliləyişə nail olduq. Həm servislərimiz yaxşılaşdı, həm də blokda daha inamlı çıxış etdik. Bundan sonra daha effektli mübarizə apardıq. Nəticədə üç setdə qalib gəlməyi bacardıq".

Qeyd edək ki, çin – Azərbaycan matçı birincilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest