Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqa və I Liqa yarışları davam etdiriləcək. Matc.az Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən xəbər verir ki,  təxirə salınan qarşılaşmalar martın 13-dən oynanılmağa başlanılacaq.
 
Lakin əvvəlki turlardan fərqli olaraq, qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.
 
AVF-in digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq.
 
Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
13 mart
 
15:00. MOİK – "Neftçi"
Dərnəgül Voleybol Mərkəzi
 
17:00. "Murov" – "Sərhədçi"
Dərnəgül Voleybol Mərkəzi
 
17 mart
 
15:00. "Neftçi" – "Xilasedici"
Dərnəgül Voleybol Mərkəzi
 
17:00. "Murov" – "Exspress"
Dərnəgül Voleybol Mərkəzi
 
18 mart
 
16:00. "Azərreyl" – "Sərhədçi"
Dərnəgül Voleybol Mərkəzi
 
27 mart
 
14:00. "Murov" – "Xilasedici"
Dərnəgül Voleybol Mərkəzi
 
16:00. "Neftçi" – "Sərhədçi"
Dərnəgül Voleybol Mərkəzi
 
Qeyd edək ki, koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən martın 4-10-da keçirilməli olan bütün matçlar təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest