Bu matçın ardınca "Azərreyl" UNEC-i sınağa çəkib. Mövsümün məğlubedilməzi yenə də asanlıqla qələbə qazanıb. Famil Ağayevin komandası "tələbələr"i meydana çıxmağa peşman edib - 3:0.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha iki oyun keçirilib. Matc.az xəbər verir, günün ilk görüşündə "Abşeron" və "Mübariz" üz-üzə gəliblər.
 
İlk dövrədə olduğu kimi, Eldar Yusubovun yetirmələri rəqiblərinə şans verməyiblər. Onlar "Mübariz"ə 3:0 hesabı ilə qalib gəliblər.  
 
Bu matçın ardınca "Azərreyl" UNEC-i sınağa çəkib. Mövsümün məğlubedilməzi yenə də asanlıqla qələbə qazanıb. Famil Ağayevin komandası "tələbələr"i meydana çıxmağa peşman edib - 3:0.
 
Azərbaycan Super Liqası
3 mart
 
"Abşeron" – "Mübariz" 3:0 (25:21, 25:19, 27:25)
"Azərreyl" - UNEC 3:0 (25:10, 25:16, 25:8)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest