Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir qarşılaşma keçirilib.
 
Matc.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində təşkil olunan günün yeganə görüşündə “Murov” UNEC-i sınağa çəkib.
 
Oyun birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 25:15 hesabı ilə qalib gələn “Murov” ikinci hissəni 25:13 hesabı ilə aktivinə yazıb. Üçüncü setdə UNEC müqavimət göstərsə də, 20:25 hesabı ilə uduzub – 0:3.
 
6-cı qarşılaşmada 2-ci qələbəsini qazanan “Murov” aktivindəki xalını 6-ya çatdırsa da, 4-cü pillədə qalıb. 7 oyundan sonra 1 xala malik UNEC isə sonuncu yerdədir.
 
Matç birincilərin qələbəsi ilə yekunlaşıb. Autsayder UNEC “quru hesabla” uduzub. “Murov”un 6-cı oyundakı 2-ci qələbəsi turnir cədvəlindəki mövqeyinə təsir etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest