Azərbaycan Super Liqasında və Yüksək Liqasında II dövrənin start vaxtı dəqiqləşib.
 
Matc.az xəbər verir ki, komandalar ölkə çempionatının ikinci yarısına fevralın 25-də başlayacaqlar.
 
Həmin gün Yüksək Liqada "Express" "Neftçi" ilə üz-üzə gələcək. Saat 15:00-da start götürəcək oyun "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
 
Fevralın 25-də Super Liqa çərçivəsində isə iki qarşılaşma oynanılacaq. öncə - saat 15:00-da "Murov"la "Azərreyl" münasibətinə aydınlıq gətirəcək. Bu görüşdən 3 saat sonra isə meydana "Mübariz"lə UNEC çıxacaqlar.
 
Hər iki matç Dərnəgül Voleybol Mərkəzində olacaq.
 
Qeyd edək ki, "Murov" – "Azerreyl" oyunu "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest