Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bir oyun baş tutub.
 
Matc.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində "Neftçi" Gürcüstan komandası ilə münasibətinə aydınlıq gətirib.
 
İlk setdə 25:21 hesabı ilə qalib gələn Bakı təmsilçisi ikinci hissəni 25:20 hesabı ilə xeyrinə bitirib. Lakin üçüncü setdə Gürcüstan komandası üstünlüyü ələ alıb. Bunun nəticəsi olaraq, onlar 29:27 hesabı ilə qələbə qazanaraq, fərqi azaldıblar – 2:1.
 
Dördüncü hissə sonuncu olub. Rəqibini 25:17 hesabı ilə məğlub edən "Neftçi" 3:1 hesabı ilə qələbə qazanıb. Onların 1 set uduzması ikinci pillədə qalması ilə nəticələnib. "Xilasedici" kimi xalını 18-ə çatdıran "Neftçi" set fərqində birinci olan rəqibindən geri qalır. Gürcüstan komandası isə 3 oyundan sonra hələ də xal hesabını açmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest