Qadın voleybolçulardan ibarət Gürcüstan komandası Azərbaycan Super Liqasının 2019/20 mövsümündə ilk oyununu keçirib. Matc.az xəbər verir ki, qonşu ölkə təmsilçisi "Mübariz"lə üz-üzə gəlib.
 
Adnan Kistakın rəhbərlik etdiyi kollektiv ilk setdə rəqibini 25:18 hesabı ilə məğlub edib. İkinci hissəni 25:17 hesabı ilə aktivinə yazan "Mübariz" üçüncü setdə 25:16 hesabı ilə qalib gəlib.
 
Bu, "Mübariz"in 4-cü matçda 2-ci qələbəsi olub. Onlar 6 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest