Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin növbəti oyunu keçirilib. Matc.az xəbər verir ki, "Neftçi" dübutant "Ekspress"lə üz-üzə gəlib.
 
FHN-nin İdman-Sağlamlıq Kompleksində baş tutan görüş birincilərin qələbəsi ilə yekunlaşıb. "Neftçi" ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. İkinci set də onların üstünlüyü ilə keçib. "Express" bu dəfə 20:25 hesabı ilə uduzub.
 
üçüncü hissə isə daha tez başa çatıb. "Neftçi" 25:8 hesabı ilə qalib gələrək, matçın hesabını müəyyənləşdirib - 3:0.
 
çempionatda ikinci qələbəsini qazanan "Neftçi" komandasi 6 xalla liderliyə yüksəlib. "Ekspress" isə ilk oyununu xalsız bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest