Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında 2019-20 mövsümü start götürüb. Matc.az saytının məlumatına görə, bu gün Voleybol Mərkəzində açılış oyunu keçirilib.

Qadın voleybolçular arasında son çempion "Azərreyl" ilk görüşünü "Abşeron"a qarşı keçirib. Qarşılaşma "Azərreyl"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardından kişilərdən ibarət ölkə çempionu "Murov" meydana çıxıb. Yeni adla mübarizə aparacaq komanda "Neftçi" önündə aciz qalıb.

 

Voleybol üzrə Azərbaycan çempionatı

Qadınlar, Super Liqa, I tur

14 dekabr

"Azərreyl" - "Abşeron" - 3:1 (25:16, 25:22, 23:25, 25:22)

 

Kişilər, Yüksək Liqa

"Murov" - "Neftçi" - 0:3 (16:25, 17:25, 21:25)

 

Qeyd edək ki, Super Liqada 6, Yüksək liqada isə 7 komanda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest