"Oyundan əvvəl bilirdik ki, necə rəqibə qarşı oynayacağıq. Müdafiə blokunda yaxşı çıxış etməliydik. çünki "Qarabağ keyfiyyətli oyunçulardan qurulub". Matc.az saytının məlumatına görə, bu sözlər "Sabah"ın baş məşqçisi Jelko Sopiçə məxsusdu.
 
Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"ı qəbul edən paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Sopiç debüt matçını dəyərləndirib: "Məşqlərdə futbolçulara nə göstəriş verilmişdisə, meydanda onu gördük. Futbolçularım meydanda öz ürəklərini ortaya qoydular. Fərdi cəhətdən rəqibin oyunçuları daha keyfiyyətlidi. Bu, müzakirəsiz belədi. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Amma mənim futbol fəlsəfəmdə taktikanın çox önəmi  yoxdu. Oyunçularımın heç birinə irad bildirə bilmərəm. çünki meydanda əllərindən gələni etdilər".
 
- ötən turda "Sabah"ın qələbəsində böyük rol oynayan Ekşteyn və Diallo bu gün sonradan meydana daxil oldular. Bunun səbəbi nə idi?
- Bu taktikanı seçmişdim. çünki onları meydana buraxsaydıq, müdafiə cəhətdən kompakt oynaya bilməyəcəkdik. "Səbail"ə də, digərlərinə də hörmət edirəm. Amma "Səbail"lə "Qarabağ" eyni deyil. Məsələn, İspaniya çempionatında "Xetafe" ilə "Real" və "Barselona"ya qarşı eyni taktika ilə çıxa bilməzsən.
 
- Gəlməzdən əvvəl Azərbaycan çempionatı ilə nə bağlı nə bilirdiniz, buradakı məqsədiniz nədi?
- Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. Həmçinin "Qarabağ"ın avrokuboklardakı, "Neftçi"nin çempionat oyunlarına baxmışdım. Yurçeviç və Prosineçkinin rəhbərliyi altındakı Azərbaycan millisinin oyunlarını izləmişdim. Amma əsas öz komandam barədə düşünürəm. Limit məsələsini bilirəm. Amma bu gün 3 legionerlə çıxış etdik. Mənim komandamda həmişə ən yaxşılar meydana çıxır. Bu gün meydana çıxan uşaqlar da ürəklərini ortaya qoydular. Rəqib məşqçini də təbrik etmək lazımdı. çünki onlar meydanda daha uğurlu oldular. O ki qaldı məqsədə, "Sabah"ın çox gənc komanda olduğunu bilirəm. Klubun bütün komponentlərdə güclü olmasını istəyirəm. "Sabah"ın öz stilinin olmasını arzulayıram.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest