Basketbol üzrə Azərbaycan Super Liqasında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
 
AzTU-nin idman zalında baş tutan qarşılaşmalarda "Gəncə" "Sıçrayış"a, "Zirvə" "Xırdalan"a, "Sərkərdə" isə "80-lər"ə qalib gəlib.
 
Xatırladaq ki, turun açılış oyununda da "Atom" "Atletik"i məğlub etmişdi – 97:78.
 
"Gəncə" – "Sıçrayış" 79:70
"Zirvə" – "Xırdalan" 80:79
"80-lər" – "Sərkərdə" 65:120

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest