Azərbaycan Respublikasıbıb Prezidenti İlham Əliyev Faiq Qarayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Matc.az xəbər verir ki, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Faiq Əli oğlu Qarayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
 
Qeyd edək ki, Faiq Qarayev hazırda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsində çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest