Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerasını Çində davam etdirəcək. Bu barədə məlumatı 35 yaşlı hücumçunun özü verib. O bildirib ki, Çinin "Liaoninq" klubu ilə müqavilə bağlayıb.

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerasını çində davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı 35 yaşlı hücumçunun özü verib.

O bildirib ki, çinin "Liaoninq" klubu ilə müqavilə bağlayıb: "Klubla anlaşsam da, hələ çinə yollanmamışam. Hazırda Bakıdayam və viza ilə bağlı məsələləri həll etdikdən sonra yeni klubuma qoşulacam".

Onun sözlərinə görə, son mövsümdə Qazaxıstan klubu "Altay"dan ayrıldıqdan sonra məşqlərinə ara verməyib. Məmmədova bildirib ki, mövsümə hazırlıq zamanı "Volero Le Kannet"in sıralarında olub.

Qeyd edək ki, ulduz voleybolçu daha öncə Rusiya, Türkiyə, İtaliya və İspaniya klublarında da oynayıb. APA

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest