Qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan millisini 1/8 finalda mübarizədən kənarlaşdıran Bolqarıstan yığması 1/4 finalda Serbiyaya quru hesabla uduzub – 0:3.
 
Millimizin yer aldığı qrupdan maksimum nəticə ilə çıxan Hollandiya isə 1/4 finalda Türkiyə ilə üz-üzə gəlib. 0:3 hesabıyla uduzan hollandlar da mübarizəni dayandırıblar.
 
İtaliya Rusiyanı çətinliklə məğlub edib – 3:1. Polşa – Almaniya qarşılaşması daha gərgin keçib. Tay-brekə qədər uzanan görüşün sonunda qələbəni qələbəni polşalılar bayram ediblər – 3:2.
 
Beləliklə, sentyabrın 7-də baş tutacaq yarımfinal görüşlərində Serbiya İtaliya ilə, Türkiyə isə Polşayla üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest