Qadın voleybolçular arasında Avropa çempionatının Azərbaycan - Estoniya matçının ən yaxşıları açıqlanıb. Matc.az saytı xəbər verir ki, millimizin 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçusu yenə Polina Rəhimova olub.
 
Millimizin üzvü bu görüşdə 27 xal toplayıb. Digər voleybolçularımızdan Yelizaveta Səmədova 19, Olena Həsənova 15, Anastasiya Bezsonova 8, Mariya Kiriliuk 5, Marqarita Əzizova 4, Odina Əliyeva 3, Kristina Yaqubova 2 xal yığıb.
 
Qalan 22 xal isə rəqibin səhvləri nəticəsində qazanılıb. Millimiz də bu matçda 27 dəfə səhv etməklə rəqibə xal qazandırıb.
 
Xatırladaq ki, Polina Rəhimova ötən tur qarşılaşdığımız Macarıstanla oyunun da ən məhsuldar oyunçusu olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest