Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Matc.az saytının xəbərinə görə, oyunlarını Macarıstanın paytaxtı Budapeştdə keçirən Azərbaycan yığması bu gün ikinci görüşünə çıxıb. C qrupunda yer alan komandamızın rəqibi Hollandiya olub.

Görüş gözlənildiyi kimi, hollandların qələbəsi ilə başa çatıb. İlk setdə böyük fərqlə uduzan komandamızın ikinci setdə hesabı bərabərləşdirmək cəhdi də fayda verməyib.  üçüncü set isə sonuncu olub. 25:23 hesablı qələbə qazanan Hollandiya yığmamızı xalsız qoyub.

Qeyd edək ki, millimiz ilk turda Xorvatiyanı 3:2 hesabı ilə üstələmişdi. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

25 avqust

Azərbaycan – Hollandiya ​0:3 (15:25, 23:25, 23:25)
Budapeşt, "Papp Laslo Sportarena".  Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Sinişa Ovuka (Bosniya və Herseqovina)

Azərbaycan: Yana Əzimova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Anastasiya Bessonova, Yelizaveta Səmədova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Mariya Kirilyuk, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva

Hollandiya: Kristen Knip, Yvon Belien, Seleste Plak, Maret Balkestein-Grotheus, Juliet Lohus, Myrite Skott, Lonneke Slotjes, Anna Busiç, Britt Bongarts, Laura Dijkema, Marrit Jasper, Nika Dalderop, Nikola Koolhass

 

N

ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

2

2

0

6-0

150-109

6

2

Xorvatiya

2

1

1

5-4

203-185

4

3

Macarıstan

2

1

1

4-3

169-144

3

4

Rumıniya

2

1

1

3-4

145-169

3

5

Azərbaycan

2

1

1

3-5

171-177

2

6

Estoniya

2

0

2

1-6

122-176

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest