Qadın voleybolçular arasında 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirləri başa çatıb. Matc.az xəbər verir ki, oyunlar 6 ölkədə - Polşa, çin, ABŞ, Braziliya, Rusiya və İtaliyada keçirilib.

Təsnifat Oyunlarında qruplarında birinci yeri tutan Serbiya, çin, ABŞ, Braziliya, Rusiya və İtaliya yığmaları Yay Olimpiya Oyunlarına vəsiqə əldə ediblər.

Azərbaycan millisi Braziliyanın Uberlandiya şəhərində D qrupunda çıxış edib. Komandamızın rəqibləri Braziliya, Dominikan Respublikası və Kamerun olub.

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün millimizin daha bir şansı var. 2020-ci ilin yanvar ayında Avropa qitəsinin komandaları arasında Yay Olimpiya Oyunlarına lisenziya xaraketerli Təsnifat Turniri keçiriləcək. Turnirdə iştirak edəcək komandalar 2019 Avropa çempionatından sonra müəyyən olunacaq. Avropa çempionatının nəticələrinə görə ilk "7-lik"də olan yığmalar və turnirə ev sahibliyi edəcək komanda 2020-ci ilin yanvar ayında keçiriləcək turnirdə iştirak edə biləcək.

Qeyd edək ki, 8 komandanın iştirak edəcəyi turnirdən yalnız bir yığma Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest