Azərbaycan Premyer Liqasının 2019-20 mövsümünün ilk qolu "Keşlə" üçün uğursuz yubileylə əlamətdar olub. Çempionatın açılış oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzan bakılılar yarışın tarixində 500-cü dəfə qol buraxıb.
Azərbaycan Premyer Liqasında 2019-20 mövsümünə start verilib. "Zirə" ilk turda "Səbail"lə görüşəcək. Bu, zirəlilərin ölkə çempionatının yüksək dəstəsində 5-ci startı olacaq. "Zirə" indiyədək Premyer Liqada dörd mövsüm keçirib.
Azərbaycan Premyer Liqasında 2019-20 mövsümünə avqustun 16-da start veriləcək. 8 komanda 28-ci ölkə çempionatının mükafatları uğrunda mübarizəyə başlayacaq. İndiyədək keçirilən 27 yarışda 1422 futbolçu qol vurmağı bacarıb.
Peşəkar Futbol Liqası ötən mövsüm Premyer Liqada ən çox turun oyunçusu seçilən futbolçunun adını açıqlayıb. InStat Sportun təhlilinə əsasən, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdi. Mərakeş əsilli fransalı futbolçu mövsüm ərzində 4 dəfə həftənin ən yaxşısı seçilib.
"InStat" şirkətinin təhlilinə əsasən Azərbaycan Premyer Liqasında 2018-19 mövsümünün rəmzi komandası müəyyənləşib. Siyahıya mövsüm ərzində ən çox düşən futbolçular salınıb. Bu baxımdan çempion "Qarabağ"ın oyunçuları üstünlük təşkil edir.
AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının son turunda baş vermiş neqativ hallar dəyərləndirilib. "Keşlə" ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan "Səbail" 800 manat cərimələnib.
Topaz Premyer Liqasında XXVIII turun təyinatları müəyyənləşib. PFL rəsmi saytı vasitəsilə son turu idarə edəcək hakimlərin adlarını açıqlayıb. Turun bütün görüşləri mayın 11-də keçiriləcək.
Topaz Premyer Liqasında XXVII tura yekun vurulub. Günün son oyununda "Sumqayıt" "Sabah"ı qəbul edib. Bir neçə saat əvvəl "Keşlə"nin məğlubiyyətindən lazımınca yararlanan "gənclik şəhəri" təmsilçisi doğma arenasında aktivinə 3 xal yazdırıb.
"Titulu qazanmaq uğrunda sonadək mübarizə apardıq. Bu cür gözəl kollektivin baş məşqçisi olduğum üçün qürur duyuram. Sonadək mübarizə apardığına görə kollektivə bir daha təşəkkür edirəm. Bu futbolçulara qarşı çox sözlər deyilə bilər".
"Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdu. Maykl Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudu. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyir".
"Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, "Neftçi" hesabı açdı. Futbol belədi".
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.