"Futbolçularımı təbrik edirəm. Çox çətin mövsüm oldu". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXVII turunda "Səbail"i qəbul edən Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanaraq, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğunu rəsmiləşdirib.

Qarşılaşmadan sonra "CBC Sport" telekanalına açıqlamasında mövsümü dəyərləndirən Qurbanov sevincini gizlətməyib: "Sona 3 tur qalmış 1-ci yeri ələ keçirdik. Halbuki mövsüm boyu ikinci pillədə idik. Bugünkü matçda isə gərginilk daha çox idi. Futbolçular çox istəkli və gərgin idilər. Mövsümü çempion kimi başa vurduğumuz üçün sevincliyəm. Rəhbərliyi, futbolçuları və azarkeşləri təbrik edirəm".

Təcrübəli mütəxəssis təcrübələrindən mövsüm boyu lazımınca yararlandıqlarını vurğulayıb: "Oyunçularımın bu mövsümdəki çıxışından tam razı qaldım. Daim yanlarında oldum. Onların nə cür məsuliyyətli olduqlarını, əziyyət çəkdiklərini görürdüm. Komandada xeyli dəyişikliklər oldu. Buna baxmayaraq, hamı toparlandı, təcrübəsindən və istəyindən istifadə etdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest