İtaliya hökuməti DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - İsrail oyunu öncəsi bütün ehtiyat tədbirlərini görməyə qərar verib.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bu gün DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Udine şəhərində İtaliya və İsrail yığmaları qarşılaşacaq. Bütün potensial təhlükələrdən xəbərdar olan italyanlar hazırlaşmaq qərarına gəliblər.

Bildirilir ki, snayperlər İsrail komandasının qaldığı otelin damına yerləşdirilib, helikopterlər isə şəhərdə patrul xidməti aparır.

Qəzzada iki illik müharibəyə son qoyan atəşkəs razılaşmasına baxmayaraq, matç yüksək riskli hadisə kimi təsnif edilir. Oyun başlamadan bir neçə saat əvvəl şəhərin mərkəzində təxminən 10.000 insanın iştirak edəcəyi Fələstin tərəfdarı yürüşün keçirilməsi planlaşdırılır.

Bir çox mağaza və restoran bu gün bağlı qalmağa qərar verib və fəaliyyət göstərməyə qərar verənlər ciddi qaydalara əməl etmələri tələb edilib. Onlardan silah kimi istifadə oluna biləcək hər hansı küçə mebellərini və digər əşyaları çölə çıxarmamaq tələb olunub.

İsrail komandasının avtobusu arenanın damında snayperlər yerləşdirilməklə, maksimum təhlükəsizliklə stadiona aparılacaq və xeyi sayıda polis və hərbçilərin iştirakı təmin olunacaq.

Bileti olan azarkeşlər yüksək metal baryerlərdən keçə bilər. Azarkeşlərə ciddi təhlükəsizlik yoxlamaları səbəbindən erkən gəlmələri tövsiyə olunur, bu müddət ərzində hər kəs metal detektorlardan keçməlidir.

Maraqlıdır ki, stadion 25 min tamaşaçı tutumuna malik olsa da, İtaliya - İsrail matçına 9 min bilet satılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest