AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının son turunda baş vermiş neqativ hallar dəyərləndirilib. “Keşlə” ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimələnib.

AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının son turunda baş vermiş neqativ hallar dəyərləndirilib.

“Keşlə” ilə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Səbail” 800 manat cərimələnib. Oyunun 51-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin müdafiəçisi Edvinas Girdvainis 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat xərcə salıb.

“Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ”nin 5, “Neftçi” – “Qarabağ” qarşılaşmasında isə “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə alıb. Bu üzdən hər iki kluba 800 manat cərimə kəsilib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest