Sabah Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq. Matc.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, çempionata səfərdə yekun vuracaq komanda Sumqayıtda eyniadlı komandanın qonağı olacaq.

Bu, "qırmızı-qaralar"ın “Sumqayıt”la 28-ci oyunu olacaq. Mayın 19-da Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək finalında da üz-üzə gələcək rəqiblər indiyədək yalnız Premyer Liqada görüşüblər. Əvvəlki matçlarda 17 dəfə qalib gələn “qırmızı-qaralar” 8 heç-heçə edib və yalnız 2 dəfə uduzub.

Bütün oyunlarda rəqib qapısına yol tapan “Qəbələ” heç vaxt meydanı qolsuz tərk etməyib. Top fərqində “Qəbələ” böyük üstünlüyə malikdi - 47:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb.

"Qəbələ" səfər qarşılaşmalarında da üstün durumdadı. Rəqib meydanındakı 13 oyunda 6 qələbəsi olan “Qəbələ” 5 dəfə sülhlə kifayətlənibsə, 2 dəfə səfərdən xalsız ayrılıb. Bu görüşlərdə qonaqlar 21, ev sahibləri 13 qol vurublar.

 

“Sumqayıt” - “Qəbələ”: bütün oyunlar

2011/12 mövsümü

 14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1

Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

 

2012/13 mövsümü

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

8.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

 

2013/14 mövsümü

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

 

2014/15 mövsümü

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

 

2015/16 mövsümü

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 -  Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 -  Pərdis Fərcad-Azad, 85 (p.)

 

2016/17 mövsümü

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.)  -  Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58  -  Məhəmməd Qurbanov, 53

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29  -  Asif Məmmədov, 40

 

2017/18 mövsümü

20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Tellur Mütəllimov, 40

14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Famoussa Kone, 29

02.04.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Stiven Monroz, 55 - Nicat Qurbanov, 83

12.05.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:2

Baqali Dabo, 37; Cavid Hüseynov, 88

 

2018/19 mövsümü

25.08.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Təmkin Xəlilzadə, 43 (p.) - Yusif Nəbiyev, 90+3

27.10.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:2

Şəhriyar Əliyev, 7, 19 - Stiven Monroz, 42; Atakora Lalavele, 56

03.02.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 84

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest