"Titulu qazanmaq uğrunda sonadək mübarizə apardıq. Bu cür gözəl kollektivin baş məşqçisi olduğum üçün qürur duyuram. Sonadək mübarizə apardığına görə kollektivə bir daha təşəkkür edirəm. Bu futbolçulara qarşı çox sözlər deyilə bilər".

"Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bundan daha çox öz futbolçularımızı təbrik edirəm. Çünki mükəmməl mövsüm keçirdilər". Matc.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Roberto Bordin deyib

Topaz Premyer Liqasının XXVII turunda "Qəbələ” üzərində səfər qələbəsi qazanan (3:1) "ağ-qaralar" mövsümü 2-ci pillədə başa vuracaq.

İtaliyalı mütəxəssis oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb: "Titulu qazanmaq uğrunda sonadək mübarizə apardıq. Bu cür gözəl kollektivin baş məşqçisi olduğum üçün qürur duyuram. Sonadək mübarizə apardığına görə kollektivə bir daha təşəkkür edirəm. Bu futbolçulara qarşı çox sözlər deyilə bilər. Amma mövsümboyu onlarla mən işləmişəm və necə əziyyət çəkdiklərini bilirəm. Futbolçularımın hər biri ilə fəxr edirəm”.

Bordin bəzi məqamlarda səhvə yol verdiyini də etiraf edib: "Həyatda hər bir insanın səhvi ola bilər. Mən də məşqçi kimi bəzən səhvlər edə bilərəm. Məsuliyyəti üzərimdən atmıram. Komandanın hər bir uğuruna və uğursuzluğuna görə məsulliyyəti mən daşıyıram. Uşaqlar sonadək vuruşub göstərdilər ki, əslində, çempionluğa layiqdilər. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin. Düzdü, son turdakı oyunun əhəmiyyəti qalmayıb. Bununla belə, biz hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydana çıxacaqlar”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest