"Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı. Futbol belədi".

"Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı". Matc.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XXVII turunda “Neftçi”ni qəbul edən "qırmızı qaralar" 1:3 hesabı ilə məğlub olub. Oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Qurbanov yorğun olduqlarını etiraf edib.

39 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Dörd gündən bir oynamaq bir az yorğunluq yaratmışdı. Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı. Futbol belədi. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdı. Məğlubiyyət həmişə pisdi. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək. Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdı. Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdı. Çalışacağıq ki, “Sumqayit”la həm son turun, kubokun oyununa eyni heyətlə çıxaq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest