"Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdu. Maykl Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudu. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyir".

"Təcrübə baxımından "Qarabağ" bizdən üstündü. Əvvəlki matçlarda bu rəqibə qarşı yaxşı çıxış etmişdik. Bu gün isə bunu bəzi epizodlarda edə bildik".

Matc.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 27-ci turunda səfərdə "Qarabağ" 0:4 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, "Səbail" avrokuboka vəsiqə qazansa da, görüləsi işləri çoxdu: "Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdu. Maykl Essyen "çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudu. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyir".

Hacıyev onu da qeyd edib ki, "Səbail" rəhbərliyi ona yeni müqavilə təklif edib, lakin hələ detallar barədə söhbət olmayıb. O, bürünc medal təəssüratlarını da bölüşüb: "Medal qazanacağımıza inam vardı. Əvvələr əvəzedici komandalarda bunu bacarmışdım. Qışa qədər mənim üçün ağır keçdi. Premyer Liqada baş məşqçi kimi ilk ilimdə medal qazanmaq xoş haldır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest