14 Oktyabr 2025, 17:49
FUTBOL
DÇ-2026-nın seçmə mərhələsində uğursuz nəticələr göstərən İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson istefaya göndərilib.
Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tomasson ötən ilin mart ayından yığmanın baş məşqçisi postunda çalışırdı.
Qeyd edək ki, İsveç millisi 4 turdan sonra 1 xal toplayıb və qrupda sonuncu yerdədir. Onlar dünən doğma meyndanda Kosovoya 0:1 hesabı ilə uduzub.