13 Oktyabr 2025, 20:52
FUTBOL
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Juvelive" məlumat yayıb.
"Yuventus" italiyalı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi 25 yaşlı oyunçu üçün İngiltərə klubuna 50 milyon avro və Tyon Kopmeynersi təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Sandro Tonali bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 9 oyunda 2 qol vurub.