“Arsenal”ın zədəli futbolçusu Martin Edeqorun son durumu məlum olub.

Matc.az xəbər verir ki, dizindən zədə alan norveçli yarımmüdafiəçi azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə BBC məlumat yayıb.

Kapitan noyabr ayının sonlarında komandaya kömək edə biləcək.

Qeyd edək ki, Martin Edeqor bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi  7 oyunda 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest