29 Noyabr 2026, 15:06
FUTBOL
“Everton” Mərakeşin VI Məhəmməd Akademiyasında çıxış edən İlyas Hidayuinin transferi uğrunda mübarizəyə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Məlumata görə, “Barselona” 18 yaşlı müdafiəçi ilə yaxından maraqlanır və onun transferi üçün artıq rəsmi təklif də göndərib. Lakin “Everton”un da gənc futbolçunu heyətinə qatmaq niyyətində olduğu bildirilir.
İngiltərənin “Goodison News” nəşrinin məlumatına əsasən, Hidayui ötən həftənin əvvəlindən “Everton”un Finch Farm təlim-məşq bazasında baxışdadır. Mersisayd təmsilçisi bununla da futbolçu uğrunda “Barselona” ilə rəqabət aparmağa hazır olduğunu göstərib.












